Bütün xəbərlər
Futbol qapısının oyun meydançasına düşməsi nəticəsində doqquz yaşlı uşaq ölüb
Tarix: 06-06-2023 23:16 | Bölmə: Digər


Efremovda azyaşlının idman meydançasında ölümü ilə bağlı cinayət işi başlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, uşağın üstünə futbol qapısı düşməsi nəticəsində ölümcül xəsarət alıb.
Tula vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, faciəvi hadisə Yefremovda, Stroiteley küçəsində, 37a saylı evin həyətində baş verib. İdman meydançasında 9 yaşlı uşağın üzərinə futbol qapısı düşüb.
Hadisə yerinə gələn həkimlər reanimasiya tədbirləri həyata keçirməyə çalışıblar. Uşağı xilas etmək mümkün olmayıb, o, aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti və hadisə yerində təhlükəsizliyə cavabdeh olan şəxslər müəyyənləşdirilir. İstintaqın gedişinə rayon istintaq idarəsinin rəisi və Efremovskaya rayonlararası prokurorluğu nəzarət edir.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər