Bütün xəbərlər
Akinfeev RPL-də mövsümün ən yaxşı qapıçısı seçilib
Tarix: 04-06-2023 23:28 | Bölmə: Digər


ÇSKA-nın kapitanı İqor Akinfeev Rusiya Premyer Liqasının (RPL) 2022/23 mövsümünün ən yaxşı qapıçısı seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Barvixada keçirilən “RPL qəhrəmanları” mərasimində məlumat verilib.
RPL mövsümünün sonunda mükafat ilk dəfə verilir. Ən yaxşı qapıçı adı uğrunda Akinfeyevin rəqibləri Lokomotivdən İlya Lantratov və Krasnodardan Matvey Safonov olub.
ÇSKA mövsümün sonunda gümüş medal qazandı. Akinfeev komandanın heyətində 29 oyun keçirib, onlardan 10-da qapını təmiz saxlayıb. O, həmçinin 1 məhsuldar ötürmə də edib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər