Bütün xəbərlər
Qolovin məşqçisini itirdi: Klementə qapı göstərildi
Tarix: 04-06-2023 22:23 | Bölmə: Digər


Filipp Klement "Monako"nun baş məşqçisi vəzifəsini tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, moneqaların rəhbərliyi belçikalı mütəxəssisi istefaya göndərmək qərarına gəlib.
Klementin qovulmasına səbəb "Monako"nun mövsümün sonunda uğursuz oyunudur. Yaxın vaxtlarda qırmızı-ağlar özünə yeni mentor axtaracaq.
Xatırladaq ki, rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin də qoşulduğu komanda növbəti mövsüm avrokuboklarda iştirak şansını itirərək Fransa çempionatının turnir cədvəlində altıncı yeri tutub.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər