Bütün xəbərlər
Qaqarin kubokunun üçqat qalibi ÇSKA ilə müqaviləni uzadıb
Tarix: 02-06-2023 23:36 | Bölmə: Digər


Moskvanın ÇSKA klubunun hücumçusu Konstantin Okulov xokkey klubu ilə müqaviləsini yeniləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “qırmızı-göylər”in mətbuat xidməti məlumat yayıb.
"Hücumçu ordu klubu ilə müqaviləni 2024/25 mövsümünün sonuna qədər uzadıb", - ordunun rəsmi saytında deyilir.
Son müntəzəm mövsümdə 28 yaşlı xokkeyçi 60 görüşdə 54 (18 qol və 36 məhsuldar ötürmə) xal toplayaraq ÇSKA-nın bombardiri olub.




Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər