Bütün xəbərlər
Kvaratsxeliya İtaliya çempionatının ən yaxşı futbolçusu kimi tanınıb
Tarix: 02-06-2023 21:07 | Bölmə: Digər


"Kazan Rubin"inin sabiq yarımmüdafiəçisi Xviça Kvaratsxeliya A seriyasında mövsümün ən dəyərli oyunçusu olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Napoli"də çıxış edən gürcüstanlı futbolçu İtaliya çempionatının debütantıdır.
Turnirin mətbuat xidmətinin məlumatına görə, “Kvaratsxeliya”ya mükafat final mərhələsinin “Sampdoriya” ilə ev oyunundan əvvəl veriləcək. İyunun 4-də baş tutacaq.
22 yaşlı futbolçu bu mövsüm 12 qol vurub və 10 məhsuldar ötürmə edib. "Napoli"nin tərkibində Xviça ölkə çempionu olub.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər