Bütün xəbərlər
Qraçeva 2023-cü il Fransa Açıq turnirini tərk etdi
Tarix: 31-05-2023 20:28 | Bölmə: Digər


Rusiyalı Varvara Qraçeva Rolan Qarrosun üçüncü raunduna düşə bilməyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı Sloan Stevens onun yolunda dayandı.
WTA reytinqində 41-ci olan Qraçeva dünyanın 30-cu raketkasına iki setdə uduzub. Parisin torpaq kortunda keçirilən görüş rusiyalı xanımın 2:6, 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın müddəti 1 saat 15 dəqiqə olub.
Qraçeva turniri tərk edib. Stivens növbəti mərhələdə qazaxıstanlı tennisçi Yuliya Putintseva ilə qarşılaşacaq.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər