Bütün xəbərlər
Mayami Qran Prisi-Verstappen üçüncü məşqdə ən sürətli
Tarix: 06-05-2023 23:02 | Bölmə: Digər


"Red Bull Racing"-in hollandiyalı pilotu Maks Verstappen Mayami Qran Prisində üçüncü sərbəst məşq əsasında ən yaxşı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Formula 1"-in beşinci mərhələsi Beynəlxalq Şəhər Halqasında keçirilir.
"F1"-in hazırkı çempionu ən yaxşı dövrəsini 1 dəqiqə 27,535 saniyəyə başa vurub. İkinci nəticəni 0,406 saniyə itirən Ferrari pilotu Çarlz Lekler nümayiş etdirib. Üçüncü yer "Red Bull"-un digər sürücüsü Serxio Peresə (+0,515) məxsusdur.
“Royal Races”in yeddiqat çempionu Lyuis Hamilton yarışı 13-cü yerdə başa vurub. Verstappenin vaxtına gəlincə, britaniyalı finişə 1,183 saniyə sonra çatmışdır.
Şənbə günü axşam trekdə sıralanma mərhələsi baş tutacaq.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər