Bütün xəbərlər
Kokorin iki qol vurdu - başqalarının toruna və öz qapısına
Tarix: 06-05-2023 22:45 | Bölmə: Digər


Larnakada Kipr çempionatının 33-cü turunun oyunu başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli AEK Limassoldan “Aris”i qəbul edib.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Hər iki qolu rusiyalı hücumçu Aleksandr Kokorin vurub.
Fasiləyə beş dəqiqə qalmış Kokorin Arisi hesabda irəli çıxarıb. Lakin 59-cu dəqiqədə Aleksandr öz qapısına zərbə endirib və hesabı bərabərləşdirib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu heç-heçə sayəsində “Aris” 68 xal toplayıb. Kokorinin komandası çempionata başçılıq edir.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər