Bütün xəbərlər
Rublev və Xaçanov qoşa yarışlarda "Masters" finalına çıxıblar
Tarix: 04-05-2023 21:32 | Bölmə: Digər


Madriddə keçirilən “Masters” seriyalı turnirində cütlüklərin finalında rusiyalı Andrey Rublev və Karen Xaçanov çıxış edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımfinalda onlar salvadorlu Marselo Alevaro və hollandiyalı Jan-Julien Royerdən güclü olublar.
Görüş 6:4, 6:4 hesabı ilə rusiyalı tennisçilərin xeyrinə başa çatıb. Finalda avstraliyalı Metyu Ebden və hindistanlı Rohan Bopanna ilə qarşılaşacaqlar.
Xatırladaq ki, təkbətək turnirdə Xaçanov 1/8 finalda Rublevdən üstün olub. Daha sonra Karen 1/4 finalda ispan Karlos Alkaraza uduzaraq yarımfinala yüksələ bilməyib.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər