Bütün xəbərlər
Rusiyalı boksçu Şumkov dünya çempionatında 1/8 finala yüksəlib
Tarix: 03-05-2023 22:01 | Bölmə: Digər


Bu günlərdə Daşkənddə keçirilən boks üzrə dünya çempionatında rusiyalı Vsevolod Şumkovla İsrail təmsilçisi Vladislav Voroşilov arasında 1/16 final görüşü başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, erkən qələbəni 60 kq çəki dərəcəsində rusiyalı boksçu qazanıb.
1/8 finalda Şumkov azərbaycanlı Tayfur Əliyevlə qırğızıstanlı Mirzohid İmamnazarov arasında keçirilən döyüşün qalibi ilə görüşəcək.
Digər rusiyalı İqor Sviridçenkov isə ispan Serxio Martinezi məğlub edərək 1/16 finala yüksəlib. Sviridçenkov 71 kq çəki dərəcəsində çıxış edir.
Xatırladaq ki, Rusiya boks yığması Daşkənddə keçirilən dünya çempionatında məhdudiyyətsiz - bayraq altında və ölkənin himni ilə iştirak edir.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər