Bütün xəbərlər
Rotenberqin rəhbərliyi altında “Rusiya 25” Belarus yığmasını məğlub edib
Tarix: 02-05-2023 22:16 | Bölmə: Digər

Rusiya 25 komandasının may turunun ilk oyunu Çelyabinskdə başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Roman Rotenberqin komandası Belarus xokkeyçilərinə 4:0 hesabı ilə qalib gəlib.
Rusların heyətində dubla Valentin Zıkov imza atıb. Aleksandr Yelesin və Vasili Qlotov hərəyə bir qol vurub.
May turunun ikinci görüşü mayın 3-də Çelyabinskdə baş tutacaq. “Rusiya 25” növbəti dəfə Belarus millisi ilə qarşılaşacaq. Oyun Moskva vaxtı ilə saat 16:30-da başlayacaq.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər