Bütün xəbərlər
Ümumrusiya Xarici Ticarət Akademiyasının rektoru həbs edilib
Tarix: 28-04-2023 20:54 | Bölmə: Digər


Rusiya İqtisadi İnkişaf Nazirliyinin Ümumrusiya Xarici Ticarət Akademiyasının rektoru Sergey Sinelnikov-Murylev dələduzluqla bağlı cinayət işi çərçivəsində həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hələlik işin təfərrüatları açıqlanmayıb.
RİA Novosti-nin verdiyi məlumata görə, Sinelnikov-Murylevin həbsinə dair qərarı istintaqın tələbi ilə paytaxtın Lefortovo Məhkəməsi qəbul edib. Rektor xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Hələlik Ümumrusiya Xarici Ticarət Akademiyasından vəziyyətlə bağlı heç bir şərh verilməyib. Akademiyanın saytında qeyd edildiyi kimi, 2007-ci ildə iqtisad elmləri doktoru, professor Sergey Sinelnikov-Murylev rəhbərlik edib. Bundan əvvəl, 2002-ci ildə RANEPA-da prorektor vəzifəsini tutmuşdur. Alim həm də Qaydar İnstitutunun elmi rəhbəridir.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər