Bütün xəbərlər
Bolşoy Teatrın solisti 35 yaşında vəfat edib
Tarix: 26-04-2023 23:18 | Bölmə: Digər


Opera müğənnisi Anna Bondarevskaya 35 yaşında vəfat edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2016-2021-ci illərdə Rusiyanın Bolşoy Teatrının opera qrupunun solisti olub.
Tamaşaçılar onu Manon Leskoda müğənni, “Çar gəlini”ndə Dunyaşa, İolantedə Laura, Boris Qodunovda Marina Mnişek kimi rollarda görüblər.
Bolşoy Teatr Telegram kanalının məlumatına görə, Anna Bondarevskaya aprelin 22-də - doğum günündə vəfat edib. 22 aprel 1988-ci ildə Moskvada anadan olub, Plexanov adına Rusiya İqtisadiyyat Universitetini, 2014-cü ildə - Qalina Vişnevskaya Musiqi və Teatr Sənəti Kollecini N61 bitirib. 2014-2016-cı illərdə Qalina Vişnevskaya adına Opera Müğənni Mərkəzinin tələbəsi olub.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər