Bütün xəbərlər
Kotov ATP titul yarışında 48 pillə irəliləyib
Tarix: 10-04-2023 15:28 | Bölmə: Digər


Ötən həftə Mərakeşdə keçirilən ATP 250 turnirində yarımfinala yüksələn rusiyalı Pavel Kotov Peşəkar Tennis Assosiasiyasının çempionluq yarışında 129-cu pillədən 81-ci pilləyə yüksəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun yenilənmiş variantı qurumun rəsmi saytında dərc olunub.
Çempionat yarışında lider 3030 xal toplayan Rusiyanın birinci raketkasi Daniil Medvedev olub. Onun arxasında serb Novak Cokoviç (2430) və ispan Karlos Alkaras (1910) dayanır.
Rusiyalı tennisçilər Karen Xaçanov (1215) və Andrey Rublev (885) müvafiq olaraq 9-cu və 12-ci yerdədir.
Xatırladaq ki, çempionat yarışında xallar Peşəkar Tennis Assosiasiyasının reytinqində olduğu kimi eyni prinsipə əsasən verilir, lakin hər təqvim ilinin əvvəlində xallar sıfırlanır.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər