Bütün xəbərlər
"Arsenal" "Liverpul"u məğlub edə bilməyib
Tarix: 09-04-2023 22:03 | Bölmə: Digər


İngiltərə Premyer Liqasının 30-cu turunun matçında Londonun “Arsenal” klubu Liverpulun “Enfild” stadionunda yerli eyniadlı komanda ilə heç-heçə edib – 2:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Puşkari” görüşün gedişində 2:0 hesablı olsa da, üstünlüyü saxlaya bilməyib. Qonaqlar 8 və 28-ci dəqiqələrdə fərqlənən Qabriel Martinelli və Qabriel Jezus fərqlənib.
Meydan sahiblərinin qollarını 42 və 87-ci dəqiqələrdə Məhəmməd Salah və Robert Firmino vurub. Qeyd edək ki, misirli qoldan 12 dəqiqə sonra penaltini qola çevirə bilməyib.
"Arsenal" Premyer Liqada 73 xalla 7 oyunluq qələbə seriyasına son qoyub, "Liverpul" isə 44 xalla səkkizinci yerdədir.
Yurgen Kloppun yetirmələri Premyer Liqadakı qələbəsiz seriyasını dörd matça çatdırdı - iki heç-heçə, iki məğlubiyyət.
Premyer Liqada günün paralel oyununda Londonun "Kristal Pelas" səfərdə "Lids"i 5:1 hesabı ilə məğlub edib. Qleyzerlər üçün bu qələbə Patrik Vieyranı baş məşqçi kimi əvəzləyən Roy Hocsonun rəhbərliyi altında iki oyunda ikinci olub.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər