Bütün xəbərlər
19 mərtəbədən yıxıldıqdan sonra ayağa qalxaraq gedib
Tarix: 04-04-2023 14:09 | Bölmə: Digər


Voronejdə bir nəfər yaşayış binasının ümumi eyvanından 19 mərtəbəli hündürlükdən yıxılaraq aşağıda dayanmış əcnəbi avtomobilin üzərinə düşüb və sağ qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, həkimlər 41 yaşlı kişiyə kəllə-beyin travması diaqnozu qoyublar. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Hadisə ötən gecə Voronej şəhərinin Kolesniçenko küçəsindəki “Qaqarinski” yaşayış kompleksində baş verib. Balkondan yıxılan şəxs Nissan X-Trail-ə düşüb. Sosial şəbəkələrdə yayılan video kadrlarına baxsaq, zərbədən avtomobilə də ciddi ziyan dəyib.
Adamın özü isə yıxıldıqdan sonra ayağa qalxa bilib və xilasedicilərin köməyi olmadan olmasa da, təcili yardıma çatıb.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər