Bütün xəbərlər
Aleksandr Kerjakov Kiprin "Karmiotissa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefa verib
Tarix: 01-04-2023 23:52 | Bölmə: Digər


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Zenit"in və Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakov Kiprin "Karmitiossa" klubunun baş məşqçisi postunu tərk etdiyini açıqlayıb.
"Protathlima.cyprustimes.com" saytı Kerjakovdan sitat gətirib: "Məncə, komandanın bu çətin dövrdə bəzi dəyişikliklərə ehtiyacı var".
Mütəxəssis əlavə edib ki, gedişi ilə komandanın məqsədlərinə çatmasına kömək etmək istəyir. O, bu addımı klub prezidenti ilə müzakirə etdiyini qeyd edib.
Xatırladaq ki, Kerjakov əvvəllər Rusiyanın gənclərdən ibarət komandasını, daha sonra isə “Nijni Novqorod” klubunu çalışdırıb.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər