Bütün xəbərlər
Sergeevin dublu "Zenit"ə Ural üzərində qələbə qazandırıb
Tarix: 01-04-2023 22:21 | Bölmə: Digər


Sankt-Peterburq “Zenit”i doğma meydanda Yekaterinburq “Ural”ı üzərində çətin qələbə qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilk hissədə rəqiblər fərqlənə bilməyiblər. Fasilədən sonra meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçirib.
İvan Sergeev onların müəllifi oldu. Göy-ağ-göylü hücumçu 76-cı dəqiqədə 86-cı dəqiqədə fərqləndi. Görüş 2:0 hesabı ilə Sergey Semakın himayədarlarının xeyrinə başa çatıb.
“Zenit” 51 xal toplayıb və RPL turnir cədvəlində liderliyini möhkəmləndirib. “Ural” onuncu yerdə qalıb. Yekaterinburq komandasının aktivində 25 xal var.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər