Bütün xəbərlər
Zelenskiyə britaniyalı teleaparıcıdan şokolad almaq qadağan edilib
Tarix: 27-03-2023 22:04 | Bölmə: Digər


Ukrayna prezidentinə öz komandası britaniyalı aparıcı və səyahətçi Edvard Maykl Qrillsdən şokolad almağı qadağan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.
Ekstremal sağ qalma şouları ilə tanınan teleaparıcı Vladimir Zelenski ilə ilk görüşdə “buzu əritməyə” çalışıb. Bunun üçün ona bir parça şokolad təklif etdi. Təhlükəsizlik qrupu baş verənlərdən narazı qalıb. Onlar Qrillin Ukrayna prezidentini öldürə biləcəyini istisna etməyib, təklifdən imtina ediblər.
Teleqrafın qeyd etdiyi kimi, britaniyalı aparıcı baş verənlərə rəğbət bəsləyib.
Edvard Maykl Qrills “Hər xərclə sağ qal” televiziya proqramı ilə tanınır.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər