Bütün xəbərlər
Karpin: "Maraqlı matç gözləyirik,İran Asiyanın ən yaxşı komandasıdır"
Tarix: 22-03-2023 21:43 | Bölmə: Digər

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin İran yığması ilə qarşıdakı yoldaşlıq oyunu haqda danışıb.
"Düşünürəm ki, bu, son illərin ən güclü rəqibi olacaq. İran geniş fərqlə Asiyanın ən yaxşı komandasıdır", - RFU-nun mətbuat xidməti Karpinin sözlərindən sitat gətirib: "Ona görə də biz maraqlı qarşılaşma gözləyirik".
Xatırladaq ki, görüş cümə axşamı, martın 23-də keçiriləcək və Moskva vaxtı ilə saat 20:00-da başlayacaq və Tehranda keçiriləcək.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər