Bütün xəbərlər
Latviya tennisçi Ostapenkoya dövlət tərəfindən ayrılan vəsaiti qaytarıb
Tarix: 15-03-2023 22:08 | Bölmə: Digər


Tennisçi Yelena Ostapenkonu dövlət büdcəsindən maliyyələşməyə davam edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Latviyanın təhsil və elm naziri Anda Çakşa bildirib.
Bundan əlavə, velosipedçilər Tom Skuinş və Kristas Neyland da dövlət dəstəyi alacaqlar. Sportacentrs rəsmisi deyib: "Bugünkü düzəlişlər adı çəkilən idmançılar üçün müavinətlərin tutulmasının qarşısının alınmasını nəzərdə tutur və tam maliyyələşdirməni təmin edəcək".
Daha əvvəl məlum olmuşdu ki, Ostapenko, Skuinş və Neyland ruslar və belarusların mübarizə apardığı kommersiya turnirlərində iştirak etdiklərinə görə dövlət dəstəyindən məhrum olacaqlar.
Xatırladaq ki, Ostapenko Qadın Tennis Assosiasiyasının reytinqində 25-ci yeri tutur. 2017-ci ildə latviyalı idmançı Fransa Açıq çempionatının qalibi olub.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər