Bütün xəbərlər
Moskvada qətldə ittiham olunan azərbaycanlı güləşçi saxlanılıb
Tarix: 11-03-2023 22:10 | Bölmə: Digər


Ukraynada qəsdən adam öldürməkdə və Rusiyada qanunsuz silah saxlamaqda ittiham olunan azərbaycanlı, tanınmış güləşçi Cabbar Yusifi paytaxtda saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İnterpol tərəfindən axtarışa verilən şübhəli Moskva dairəvi yolunda yol polisi müfəttişləri tərəfindən sənədlərin yoxlanılması üçün saxlanılıb. Sükan arxasında olan adam dayanmadı, təqib başladı.TASS xəbər verir ki, həyətlərdən birində sürücü maşını tərk edərək qaçmağa cəhd edib.
Axtarış zamanı şübhəlinin üzərindən tapança aşkar edilib. Ona qarşı irəli sürülən cinayətlərin təfərrüatları açıqlanmayıb. Cabbar Yusifinin əvvəllər Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibində Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak etdiyi, pankration üzrə Rusiya yarışlarının qalibi olduğu dəqiqləşir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər