Bütün xəbərlər
Sumqayıtda “İdman həftəsi” davam edir
Tarix: 04-03-2023 21:06 | Bölmə: Digər

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş şahmat üzrə tempo turniri keçirilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə turnirin keçirilməsində məqsəd “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, şahmat idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsidir. Doqquz turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunmuş turnirdə 50 şahmatçı iştirak etmişdir.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Səbinə Rzalı qızlar, Şövkət Səlimov isə oğlanlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Sabaha-inamla.az





Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər