Bütün xəbərlər
"Formula 1"- Bəhreyndə 2023-cü il çempionatının mövsümöncəsi sınaqları keçiriləcək
Tarix: 21-02-2023 14:58 | Bölmə: Digər


"Formula 1" üzrə dünya çempionatının yeni mövsüm üçün rəsmi məşqləri fevralın sonunda, Bəhreyn "Qran Pri"sinin birinci dövrəsinin başlamasına bir həftə qalmış baş tutacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bəhreyn Beynəlxalq "Saxir" yarışı bütün komandaların pilotlarına yeni avtomobillərdə qaçmaq üçün üç gün vaxt verəcək - fevralın 23-dən 25-dək. Martın 3-dən 5-dək orada Bəhreyn "Qran Pri"si keçiriləcək.
Xatırladaq ki, çempionatda on komanda iştirak edəcək. Red Bull-dan müdafiə olunan çempionları fərdi titul sahibi Maks Verstappen və onun komanda yoldaşı Serxio Peres təmsil edir.
Ekspertlər hesab edir ki, avstriyalı “stabil” üçün ən böyük rəqabət "Ferrari" (pilotlar Çarlz Lekler və Karlos Sayns) və "Mercedes" (Corc Rassel, Lyuis Həmilton) komandaları olacaq.
Çempionatın “qaranlıq atları” sırasına "Alpine" (Esteban Okon, Pyer Qasli), "McLaren" (Lando Norris, Oskar Piastri), "Alfa Romeo" (Valtteri Bottas, Çjou Quanqyu) və "Aston Martin" (Fernando Alonso, Lans Stroll) daxildir.
Nəhayət, ekspertlər üç komandadan böyük irəliləyiş gözləmirlər. Bunlar "Haas" (Kevin Maqnussen, Niko Hülkenberq), "Alfa Tauri" (Yuki Tsunoda, Nik de Vries) və "Uilyams"dır (Aleks Albon, Loqan Sarqant).



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər