Bütün xəbərlər
Filippində güclü yeraltı təkanlar baş verib
Tarix: 15-02-2023 23:15 | Bölmə: Digər


Seysmoloqlar Filippinin Luzon adasının cənub-şərqində 6,0 bal gücündə zəlzələ qeydə alıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar fevralın 16-da səhər tezdən (Filippin vaxtı Moskvadan 5 saat qabaqdır) Leqaspi şəhərindən 89 kilometr aralıda qeydə alınıb. Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadən xəbər verir.
Zəlzələlərin episentri təxminən 40 kilometr dərinlikdə olub. Dağıntı və tələfatla bağlı hələlik məlumat daxil olmayıb.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər