Bütün xəbərlər
Moldova səmasında uçuşların müvəqqəti qadağan edilməsinin səbəbi açıqlanıb
Tarix: 14-02-2023 21:05 | Bölmə: Digər


Hava şarına bənzər naməlum təyyarə Moldova üzərində hava məkanının müvəqqəti bağlanmasına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moldova Mülki Aviasiya İdarəsi respublikanın Müdafiə Nazirliyinə istinadən çərşənbə axşamı yerli vaxtla saat 12:30-da Soroka şəhəri yaxınlığında hava şarına bənzəyən kiçik ölçülü naməlum uçan obyektin göründüyünü bildirib.
Əlverişsiz hava şəraiti, eləcə də obyekti müşahidə etmək və onu müəyyən etmək mümkün olmadığı üçün səlahiyyətlilər Moldova səmasını uçuşlar üçün müvəqqəti bağlamaq qərarına gəliblər. TASS xəbər verir ki, bu, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə edilib.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər