Bazar ertəsi, 19 may 2025, 20:12:54  
Son xəbərlər:
Bütün xəbərlər
"Arsenal" "Brentford"a qarşı xal itirib
Tarix: 11-02-2023 21:35 | Bölmə: Digər


Futbol üzrə İngiltərə çempionatında Londonun “Arsenal” və “Brentford” komandaları arasında 23-cü turun görüşü başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, doğma meydanda olan “topçular” qələbəni qoruya bilməyib. Yekun hesab 1:1.
Komandalar ilk hissədə qol vura bilməyiblər. Fasilədən sonra meydan sahibləri nəhayət ki, önə keçib. Yarımmüdafiəçi Leandro Trossard 66-cı dəqiqədə fərqlənib.
Bununla belə, “Arsenal”ın futbolçuları uzun müddət sevinməli olmadılar. 78-ci dəqiqədə İvan Toni hesabı bərabərləşdirib. Tamaşaçılar bu görüşdə başqa qol görmədilər.
Turnirin liderləri 51 xal toplayıb, ikinci yerdə qərarlaşan "Mançester Siti"ni altı xal qabaqlayıb. "Bentford" səkkizinci yerdədir. Onun aktivində 34 xal var.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər