Bütün xəbərlər
Premyer Liqada "Vulverhempton" "Liverpul"u məğlub edib
Tarix: 04-02-2023 22:23 | Bölmə: Digər


İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Vulverhempton” doğma stadionu “Molinet” meydanında “Liverpul” komandasını darmadağın edib – 3:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşmada hesabı mersisaydlıların müdafiəçisi Coel Matip açıb və topu öz qapısına göndərib. Yeddi dəqiqə sonra “qurdlar”ın müdafiəçisi Kreyq Douson komandasının fərqini dubl edib. Onun komanda yoldaşı Ruben Neves 71-ci dəqiqədə qol vuraraq oyuna son qoyub.
"Liverpul" Premyer Liqada 29 xalla 10-cu, “Vulverhempton” 20 xalla 15-cidir.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər