Bütün xəbərlər
Real Madrid "Valensiya"nı məğlub edərək "Barselona"ya yaxınlaşıb
Tarix: 03-02-2023 11:30 | Bölmə: Digər


Madriddəki “Santyaqo Bernabeu” stadionunda futbol üzrə İspaniya çempionatının 17-ci turunun yerli “Real” və “Valensiya” komandaları arasında görüş keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Komandalar ilk hissədə qol vura bilməyiblər. Fasilədən sonra isə “qaymaqlılar” iki qol vurub. Onların müəllifləri Marko Asensio və Vinisius Junior idi.
72-ci dəqiqədə qonaqların müdafiəçisi Qabriel Paulista qırmızı vərəqə alaraq meydanı tərk edib.
Real Madrid 45 xalla La Liqa turnir cədvəlində ikincidir. Madrid klubu lider "Barselona"dan 5 xal geri qalır. "Valensiya" isə 16-cı yerdədir. Onun 20 xalı var.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər