Bütün xəbərlər
Qılınc ustası Bidə “Ən güclülərin turniri”nin qalibi olub
Tarix: 11-01-2023 20:26 | Bölmə: Digər

Moskvada qılıncoynatma üzrə “Ən güclülərin turniri” kişilərin yarışları ilə davam edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qələbəni şpaqa üzrə rusiyalı qılıncoynadan Sergey Bida qazanıb.
Final görüşündə Tokio Olimpiadasının gümüş mükafatçısı 15:7 hesabı ilə Mixail Belozerovdan güclü olub. Turnirin bürünc mükafatçıları Eqor Qujiyev və Alan Fardzinov olub.
Moskva yaxınlığındakı Novoqorskda keçirilən folqa yarışlarında finalda Zaxar Kozlovu 15:11 hesabı ilə məğlub edən Kirill Borodaçev qalib gəlib. Üçüncü yeri Daniil Fedorov və İsgəndər Bulatov bölüşdülər.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər