Bütün xəbərlər
“Milan” 87-ci dəqiqədə “Roma” üzərində 2:0 hesablı üstünlüyü əldən verib
Tarix: 09-01-2023 12:50 | Bölmə: Digər

Futbol üzrə İtaliya çempionatının 17-ci turu çərçivəsində “Milan” doğma meydanda “San Siro”da paytaxtın “Roma” klubu ilə 2:2 hesablı heç-heçə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüşdə 2:0 hesablı öndə olan “qırmızı-qaralar” üstünlüyü qoruya bilməyib.
Meydan sahibləri qolları 30 və 77-ci dəqiqələrdə- Pyer Kalulu və Tommaso Pobeqa, qonaqlardan isə 87 və 93-cü dəqiqələrdə fərqlənən Rocer İbanez və Tammi Abraham vurub.
"Milan" liqada 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirir (3 qələbə, 2 heç-heçə) və 37 xalla turnir cədvəlində üçüncü, "Roma" isə 31 xalla altıncı yerdədir.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər