Bütün xəbərlər
Ayı ona yemək verən zoopark işçisini öldürüb
Tarix: 06-01-2023 21:55 | Bölmə: Digər


Özbəkistanın hüquq-mühafizə orqanları Əndican vilayətində Yeni il bayramı zamanı baş verən ölümlə nəticələnən qəza barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,məlum olduğu kimi, ötən çərşənbə axşamı özəl kommersiya firmasına məxsus zoopark işçisi ayını yedizdirməyə cəhd edib. Kişi qəfəsə girib və bu zaman heyvan kişiyə hücum edib.
Zərərçəkmiş bir neçə xəsarət alıb, onlardan ən ağırı boyun nahiyəsidir və baxıcı hadisə yerində ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır, bir sıra ekspertizalar təyin edilib.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər