Bütün xəbərlər
Floridada reperin videosunun çəkilişi qurbanlarla yekunlaşıb
Tarix: 06-01-2023 11:33 | Bölmə: Digər

Ötən cümə axşamı axşam ABŞ-ın cənub-şərqində Florida ştatının Mayami Gardens şəhərində yerləşən “The Licking” restoranının yaxınlığındakı dayanacaqda atışma baş verib.
CBS telekanalının məlumatına görə, insident reper Frenç Montana üçün çəkilişlər zamanı baş verib. İddialara görə, münaqişə başqa yerdə başlayıb və odlu silahdan istifadə edilən iaşə obyektinin yanında davam edib.
Polis qurbanların sayı barədə hələlik məlumat açıqlamasa da, onların sayı on nəfərə qədər ola bilər. Ən azı dörd yaralının təcili olaraq xəstəxanaya aparıldığı məlum olub.
Yerli media hadisə şahidlərinə istinadən iddia edir ki, qurbanlar arasında reper Rob49 və başqa bir musiqiçinin cangüdəni də olub. Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları fövqəladə vəziyyətin səbəblərini araşdırır və hadisə ilə bağlı ətraflı şərh verməkdən çəkinirlər.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər