Bütün xəbərlər
Medvedev Avstraliyada keçirilən turnirdə 1/4 finala yüksəlib
Tarix: 04-01-2023 11:59 | Bölmə: Digər


Avstraliyanın Adelaida şəhərində rusiyalı Daniil Medvedevlə serbiyalı Miomir Ketsmanoviç arasında ATP 250 tennis turnirində ikinci turun görüşü baş tutub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya təmsilçisi iki setdə 6:0, 6:3 hesabı ilə rəqibindən güclü olub.
Tennisçilər kortda 1 saat 7 dəqiqə vaxt keçiriblər. 1/4 finalda Medvedev daha əvvəl Cek Draperə qalib gələn (6:4, 6:2) həmyerlisi Karen Xaçanovla görüşəcək.
Avstraliyada keçirilən turnirin mükafat fondu 642 min dollardan çoxdur.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər