Bütün xəbərlər
Rusiyalı Şuvalova blits üzrə dünya çempionatında bürünc medal qazanıb
Tarix: 30-12-2022 20:37 | Bölmə: Digər


Rusiya şahmatçısı Polina Şuvalova Alma-Atada keçirilən blits üzrə dünya çempionatında üçüncü olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, 12 xal toplayıb.
Turnirdə qələbəni Qazaxıstan təmsilçisi Bibisara Assaubayeva (13 xal) qazanıb. Hindistanlı Humpy Koneru gümüş (12,5) qazanıb. Şuvalovanın həmyerlisi Yekaterina Lahno 11 xalla altıncı yerdə qərarlaşıb.
Kişilərin yarışında norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionu olub.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər