Bütün xəbərlər
Rusiya mağazalarından və bazarlarından təhlükəli oyuncaqlar yığışdırılıb
Tarix: 28-12-2022 21:30 | Bölmə: Digər

"Huggy Waggi" oyuncaqları Rusiya onlayn mağazalarından və marketlərdən yığışdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,çərşənbə günü Roskaçestvoda xəbər verildiyi kimi, əvvəllər ekspertlər məhsulun nümunələrinin böyük əksəriyyətində təhlükəli kimyəvi maddə olan fenol aşkar ediblər. Həmçinin satılan oyuncaqların uyğunluq sertifikatı yox idi.
"Ozon", "Wildberries", "Yandex market" və "SberMega market", "Huggy Waggi" oyuncaqları olan məhsul kartlarını silib, vicdansız satıcıların təklifləri olan səhifələr və linklər sayt kataloqlarından itib. "Azbuka detstva" və "Elmers-mama" onlayn mağazalar oyuncaqları öz çeşidlərindən çıxarıblar ", mesajda deyilir.
Bir sıra mağazalar "Haggi Waggi" istehsalçısından təkrar sınaqlar keçirməyi tələb edib. Onlar olmasa, oyuncaqların tədarükü əngəllənəcək.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər