Bütün xəbərlər
Kasatkina və Kudermetova WTA reytinqində mövqelərini qoruyublar
Tarix: 26-12-2022 10:22 | Bölmə: Digər


Qadın Tennis Assosiasiyasının (WTA) mətbuat xidməti bazar ertəsi, dekabrın 26-da təşkilatın yenilənmiş reytinqini dərc edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,11.085 xalla dünyanın birinci raketkası statusunu polyak İqa Sventek qoruyub.
İkinci yeri tunisli Ons Caber (5,055 xal), üçüncü amerikalı Cessika Pequla (4,691), dördüncü fransalı Karolin Qarsiya (4,375), belaruslu Arina Sobolenko (3,925) ilk beşliyi qapayır.
Sonrakı yerləri yunanıstanlı Mariya Sakkari (3,871) və amerikalı Kori Qauff (3,646) tutub.
Rusiyanın birinci raketkasi Daria Kasatkina (3435) reytinqdə səkkizinci, Veronika Kudermetova (2795) isə doqquzuncu yeri qoruyub.
Yekaterina Aleksandrova (1910) 19-cu, Lyudmila Samsonova (1910) 20-ci, Anastasiya Potapova (1119) 43-cü, Anna Kalinskaya (886) 58-ci, Anna Blinkova (794) , Kamilla Rəhimova (661) - 94-cü, Varvara Qraçova (63) - 100-cüdür.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər