Bütün xəbərlər
“Əl-Nasr”ın idman direktoru Ronaldo ilə maraqlandığını təsdiqləyib
Tarix: 26-12-2022 02:44 | Bölmə: Digər


“Əl-Nasr”ın idman direktoru Marselo Salazar Kriştiano Ronaldonun kluba mümkün gəlişi haqda danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, portuqaliyalı ilə razılaşmanın mümkün olduğunu etiraf edib.
"Hələlik konkret bir şey deyə bilmərəm. Biz vəziyyəti bu ilin sonuna kimi izləməyə davam edirik. Bu müqavilə təkcə klubumuz üçün deyil, həm də ölkə və ümumilikdə dünya futbolu üçün böyük əhəmiyyət kəsb edir", - Salazar deyib. Bu barədə "Record" məlumat yayıb.
Daha əvvəl mətbuatda 2023-cü ilin yanvarında 37 yaşlı portuqaliyalının Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacağı barədə məlumat yayılmışdı.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər