Bütün xəbərlər
Gümrüdə qətldə şübhəli bilinən rusiyalı həbs edilib
Tarix: 25-12-2022 10:22 | Bölmə: Digər


Ermənistanın Gümrü şəhərində 37 yaşlı həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən rusiyalı saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhərdəki evlərdən birinin mənzilində rusiyalı qadının meyiti tapılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, faktla bağlı “qətl” maddəsi ilə cinayət işi başlanıb.
20 yaşlı rusiyalı qətldə şübhəli bilinir. Dekabrın 23-də axşam saatlarında onunla sevgilisi arasında mübahisə yaranıb və bu zaman gənc oğlan qadına bədən xəsarəti yetirib və nəticədə onun ölümü ilə nəticələnib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.
Artıq şübhəli şəxs tutularaq dindirilib. Hadisənin bütün halları ilə bağlı araşdırmalar davam edir. Xəsarətlərin xarakterini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər