Bütün xəbərlər
Angel Di Maria Argentina millisi ilə vidalaşmır
Tarix: 24-12-2022 12:51 | Bölmə: Digər


Lionel Messinin ardınca daha bir veteran dünya çempionu beynəlxalq karyerasını bitirmək barədə qərarını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Anxel Di Maria Argentina millisində oynamağa davam edəcək.
Daha əvvəl Anxel Di Maria Qətərdə keçirilən dünya çempionatından sonra milli komandanı tərk etmək niyyətində olduğunu bildirmişdi. Ancaq argentinalıların dünya çempionatında qalibiyyəti üzərinə 34 yaşındakı beynəlxalq karyerasını davam etdirməyə qərar verdi.
"Sport-Ekspress"in məlumatına görə, "Yuventus"da çıxış edən yarımmüdafiəçi Argentina millisində çıxışını davam etdirməyi planlaşdırır. Bundan əvvəl oxşar açıqlama ilə dünya çempionlarının kapitanı Lionel Messi çıxış etmişdi.
Anxel Di Maria dünya çempionatının finalının qəhrəmanı oldu. Yarımmüdafiəçi penalti qazanıb və qollardan birini vurub. Ümumilikdə Di Maria Qətərdə 5 oyun keçirib və 1 qol vurub.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər