22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
"Mançester Siti" iki ingilis futbolçu ilə müqavilə imzalamağa hazırlaşır
Tarix: 16-12-2022 22:02 | Bölmə: Digər


İngiltərə çempionu “Mançester Siti” heyətini millinin iki futbolçusu ilə gücləndirmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,söhbət “Arsenal”ın hücumçusu Bukayo Saka və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqhemdən gedir.
"Mançester Siti"nin transfer planları məlum olub. Klub iki İngiltərə millisi ilə danışıqlar aparır. "Sport-Ekspress" xəbər verir ki, mundialda yaxşı çıxış edən Cude Bellinqhem və Bukayo Saka “Siti”nin futbolçusu ola bilərlər.
“Mançester Siti” Dortmund “Borussiya”sının 19 yaşlı yarımmüdafiəçisi Jude Bellinqhem üçün “Liverpul” və “Real Madrid”lə yarışmağa hazırlaşır. Vətəndaşların baş məşqçisi Xosep Qvardiola Bellinqhemin klubda hücumçu Erlinq Holland ilə əlaqəsini canlandıracağına ümid edir.
"Siti"nin "Arsenal"ın 21 yaşlı hücumçusu Bukayo Saka ilə maraqlandığı bildirilir. Londonlular öz şagirdi ilə danışıqlar aparırlar, lakin hələ ki, onlar tamamlanmayıb. Mançesterdə Sakanın müqaviləni yeniləməyəcəyinə və "vətəndaşlara" keçəcəyinə ümid edirlər.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər