Bütün xəbərlər
Çernışenko video oyun sənayesini dəstəkləmək üçün yeni tədbirlərin formalaşdırılmasını tapşırıb
Tarix: 14-12-2022 11:23 | Bölmə: Digər


Rusiya video oyun və e-idman sənayesini dəstəkləmək üçün əlavə tədbirlər hazırlayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,müvafiq göstərişi baş nazirin müavini Dmitri Çernışenko verib.
Təlimat Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinə ünvanlanıb, o, bu işi İdman Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər maraqlı idarələr, eləcə də sənayenin nümayəndələri ilə birgə həyata keçirməlidir.
Yeni tədbirlər hazırlamaq üçün rəsmilərə iki ay vaxt verilib. Eyni zamanda, “İnterfaks”ın Çernışenkonun aparatına istinadən verdiyi məlumata görə, hazırda Rusiya video-oyun sənayesinin inkişafı üçün yeni federal layihənin işə salınmasından söhbət getmir. “Kommersant” qəzeti daha əvvəl hökumətin bu cür planları haqqında yazmışdı.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər