Bütün xəbərlər
Messi Argentina ilə Xorvatiya matçının ən yaxşı oyunçusu seçildi
Tarix: 14-12-2022 10:43 | Bölmə: Digər


Argentina yığmasının kapitanı Lionel Messi dünya çempionatının yarımfinalında Xorvatiya ilə matçın ən yaxşı oyunçusu seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Lusail Aykonik” stadionunun meydançasında keçirilən görüş 3:0 hesabı ilə “ağ-göylər”in xeyrinə başa çatıb. PSJ-nin 35 yaşlı forvardı 90 dəqiqənin hamısını meydanda keçirib, penaltini qola çevirərək hesabı açıb və sonra Julian Alvarezə kömək edib.
Lionel üçün bu qol Argentina millisinin heyətində Dünya Çempionatında 11-ci qol oldu. Bu göstəriciyə görə o, Qabriel Batistutanı üstələyərək, ölkə üzrə yeni rekorda imza atıb.
Argentina altıncı dəfə dünya çempionatının finalına yüksəlib. Finalda dekabrın 18-də Lionel Skalonun yetirmələri Fransa və Mərakeş qarşıdurmasının qalibi ilə oynayacaqlar.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər