Bütün xəbərlər
Kikboksinq üzrə dünya çempionatının qalibi faciəvi şəkildə dünyasını dəyişib
Tarix: 12-12-2022 11:05 | Bölmə: Digər


Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Yekaterina Dumbrava Moskva yaxınlığındakı Orexovo-Zuyevoda tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Dünya və Avropa çempionatının mükafatçısının ölüm səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Beynəlxalq dərəcəli idman ustası Yekaterina Dumbrava Orexovo-Zuyevodakı mənzilində ölü tapılıb. TASS xəbər verir ki, ilkin versiyaya görə, 40 yaşlı idmançı əcəli ilə dünyasını dəyişib. Lakin intihar qeydi tapılmayıb.
Yekaterina Dumbrava dəfələrlə beynəlxalq kikboksinq yarışlarında Rusiyanı təmsil edib. Onun dünya və Avropa çempionatlarında medalları var.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər