Bütün xəbərlər
"Çelsi" gələn yay Nkunkunu heyətinə qatacaq
Tarix: 08-12-2022 22:28 | Bölmə: Digər


Fransa millisinin yarımmüdafiəçisi Kristofer Nkunku RB Leypsiqdən ayrılaraq "Çelsi"yə keçəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,klublar futbolçunun müqaviləsi ilə bağlı razılığa gəliblər.
"Çelsi" "RB Leipzig" və Fransa millisinin yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqavilə imzalamağa hazırlaşır. Razılaşma gələn ilin yayında baş tutacaq.
"Çelsi" və "RB Leipzig" klubları Kristofer Nkunku ilə bağlı razılığa gəliblər. Londonlular 25 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyəcək. Fransız futbolçu ilə müqavilə 5 illik olacaq.
Ötən mövsüm Kristofer Nkunku Bundesliqanın ən yaxşı oyunçusu kimi tanınıb. Kristofer zədə səbəbindən Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasının heyətində oynaya bilməyib.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər