Bütün xəbərlər
"Ona tamamilə arxayınam"- Flik Almaniya baş məşqçisi kimi saxlanılacaq
Tarix: 08-12-2022 00:15 | Bölmə: Digər

Almaniyanın baş məşqçisi Hans-Diter Flik öz postunu qoruyacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf məlumat verib.
"Biz əminik ki, 2024-cü il Avropa çempionatının ölkəmizdə keçirilməsi alman futbolu üçün əla fürsətdir", - deyə DFB-nin mətbuat xidməti Neuendorfdan sitat gətirib: "Məqsədimiz bu idman turnirini uğurlu keçirməkdir".
"Biz Flikə tam güvənirik. O, komandası ilə birlikdə öz işini görəcək. Avro-2024-ə nikbinliklə baxırıq - Qətərlə müqayisədə daha çox şeyə nail ola bilərik. Böyük fürsəti əldən verdik, amma bundan dərs alacağıq".
Xatırladaq ki, cari mundialda Bundesteam qrup mərhələsini adlaya bilməyib və üç oyunun nəticəsinə əsasən çıxışını başa vurub.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər