Bütün xəbərlər
"Real Madrid" "Palmeyras"ın 16 yaşlı hücumçusunu heyətinə qatmaq istəyir
Tarix: 06-12-2022 00:32 | Bölmə: Digər

"Real Madrid" "Palmeyras"ın hücumçusu Andriki almaqda maraqlıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,16 yaşlı braziliyalı futbolçu üçün ispanlar 60 milyon avro ödəməyə hazırdır.
"Marca"nın məlumatına görə, Madrid klubu hücumçunun 2024-cü ildə 18 yaşı tamam olanda "Real Madrid"ə keçəcəyinə ümid edir.
Nəşrin məlumatına görə, Andrikin ətrafı "qaymaqlılar"ın rəhbərliyindən "Mançester Siti"nin hücumçusu Erlinq Holondu almamağı xahiş edib ki, norveçli braziliyalının irəliləyişinə mane olmasın.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər