Bütün xəbərlər
Bielsa Uruqvayın yeni baş məşqçisi ola bilər
Tarix: 05-12-2022 00:33 | Bölmə: Digər


Argentinalı mütəxəssis Marselo Bielsa Uruqvay millisinə rəhbərlik edə bilər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hazırkı mentor Dieqo Alonso yaxın günlərdə postunu itirəcək.
"Lids"dən ayrılan Marselo Bielsa yenidən məşqçilik karyerasına davam edə bilər. Argentinalı mütəxəssisi Uruqvay millisində görmək istəyirlər.
Qətərdə keçirilən dünya çempionatında Uruqvay dörd xala baxmayaraq qrupdan vəsiqə qazana bilməyib. Erkən düşmə səbəblərindən biri də Dieqo Alonsonun Qana yığması ilə matçda uğursuz əvəzləmələri olub. Çox güman ki, Alonso postunu itirəcək.
Alonsonun ehtimal varisi argentinalı Marselo Bielsa olacaq, onun sonuncu yeri İngiltərə “Lids”i olub. Həmçinin, 67 yaşlı mütəxəssis Argentina və Çili milli komandaları, İspaniyanın “Atletik”, Fransanın “Marsel” və İtaliyanın “Latsio” klubları ilə çalışması ilə tanınır.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər