22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Xorvatlar belçikalıları evlərinə göndərir
Tarix: 02-12-2022 00:06 | Bölmə: Digər


Belçika millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala adlaya bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qrup mərhələsinin III turunun matçında Xorvatiya komandası ilə 0:0 hesablı heç-heçə oynayıb.
Bu görüş belçikalı qapıçı Tibo Kurtua üçün yubiley idi. O, millidə 100-cü oyununu keçirib. Lakin onun tərəfdaşları qapıçını layiqincə təbrik edə bilməyib.
“Qırmızı şeytanlar” dörd xal toplayıb və F qrupunda üçüncü olub.
Xorvatlar 5 xalla ikinci yeri tutaraq pley-offa yüksəliblər. Birinci yeri Mərakeş komandası tutub. Onun altı xalı var. Hər üç görüşdə məğlub olan kanadalılar kvartetini bağladı.




Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər