Bütün xəbərlər
Messi meksikalı boksçu Alvaresi əsəbiləşdirib
Tarix: 28-11-2022 21:33 | Bölmə: Digər


Super orta çəkidə şəksiz qat dünya çempionu Saul Alvares dünya çempionatında Meksika üzərində qələbədən sonra Argentina millisinin paltardəyişmə otağından çəkilmiş videoya münasibət bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,meksikalı boksçu Lionel Messinin davranışından inciyib.
Videoda argentinalıların kapitanının ayaqqabılarını çıxararaq futbolçunun ayağının altında olan rəqib komandanın köynəyinə necə basdığını görmək olur.
Alvarez sosial şəbəkələrindən birində "Messinin bizim köynək və bayrağımızla döşəməni necə yuduğunu gördünüzmü? Allaha dua edirəm ki, onunla görüşməyim".
Xatırladaq ki, Argentina millisi meksikalıları 2:0 hesabı ilə məğlub edib. Messi bu görüşdə qol vurub və məhsuldar ötürmə edib.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər